DÇ-2022: Pley-off matçlarının başlama saatı bilindi

DÇ-2022: Pley-off matçlarının başlama saatı bilindi

DÇ-2022-nin Avropa zonası üzrə pley-off oyunlarının başlama saatları bəlli olub.

Fanat.Az xəbər verir ki, Türkiyə millisi C yolunda Portuqaliya ilə yarımfinal görüşünü səfərdə keçirəcək. 2022-ci il martın 29-da baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bu matçın qalibi İtaliya - Şimali Makedoniya oyununun qalibi ilə 29 mart saat 22:45-də öz meydanında - finalda qarşılaşacaq.

DÇ-2022, pley-off mərhələsi Yarımfinal 24 mart

A yolu 23:45. Şotlandiya - Ukrayna 23:45. Uels - Avstriya

B yolu 21:00. Rusiya - Polşa 23:45. İsveç - Çexiya

C yolu 23:45. İtaliya - Şimali Makedoniya 23:45. Portuqaliya - Türkiyə

Final 29 mart A yolu 22:45. Uels / Avstriya - Şotlandiya / Ukrayna

B yolu 22:45. Rusiya / Polşa - İsveç / Çexiya

C yolu 22:45. Portuqaliya / Türkiyə - İtaliya / Şimali Makedoniya

Martın sonuncu bazar günündə Avropada saat dəyişikliyi baş verəcəyindən, yarımfinal və final matçlarının Bakı vaxtı ilə başlama saatları fərqli göstərilib.

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər