DÇ-2022: İsveçrə millisisinin heyəti açıqlandı

DÇ-2022: İsveçrə millisisinin heyəti açıqlandı

İsveçrə millisinin mətbuat xidməti milli komandanın DÇ-2022-də çıxış edəcəyi heyəti ictimaiyyətə təqdim edib.

Fanat.Az xəbər verir ki, türk əsilli mütəxəssis Murat Yakın Qətərdəki mundialda 26 futbolçunun xidmətindən yararlanacaq:

Qapıçılar: Yann Zommer (Mönhenqladbax "Borussiya"sı), Qreqor Kobel (Dortmund "Borussiya"sı), Filipp Ken ("Zaltsburq"), Yonas Omlin ("Monpelye").

Müdafiəçilər: Manuel Akanci ("Mançester Siti"), Eray Cemert ("Valensiya"), Niko Elvedi (Mönhenqladbax "Borussiya"sı), Rikardo Rodriges ("Torino"), Fabian Şer ("Nyukasl"), Silvan Vidmer, Edimilson Fernandeş (hər ikisi "Maynts").

Yarımmüdafiəçilər: Qranit Caka (London "Arsenal"ı), Denis Zakariya ("Çelsi"), Mişel Ebişer ("Bolonya"), Fabian Fray ("Bazel"), Remo Froyler ("Nottingem"), Ardon Yaşari ("Lütsern"), Fabian Rider ("Yanq Boyz"), Cibril Sou (Frankfurt "Ayntraxt"ı).

Hücumçular: Bril Embolo ("Monako"), Cerdan Şakiri ("Çikaqo"), Noa Okafor ("Zaltsburq"), Haris Seferoviç ("Qalatasaray"), Renato Şteffen ("Luqano"), Ruben Varqas ("Auqsburq"), Kristian Fassnaht ("Yanq Boyz").

Qeyd edək ki, İsveçrə seçməsi DÇ-də Braziliya, Kamerun və Serbiya milliləri ilə eyni qrupda yer alacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər