DÇ-2022: İspaniya yığmasından antirekord

DÇ-2022: İspaniya yığmasından antirekord

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Mərakeşlə qarşılaşan İspaniya yığması penalti seriyasında məğlub olaraq mübarizəni dayandırdı.

Fanat.Az xəbər verir ki, Avropa təmsilçisi bu nəticə ilə antirekorda imza atıb.

Belə ki, ispanlar penalti seriyasında vurduğu 4 zərbəni boşa verməklə tarixə düşüblər. Avropa təmsilçisi penalti seriyasında qol vura bilməyən ikinci komanda olub.

İlk dəfə belə bir antirekorda İsveçrə yığması imza atmışdı. Sözügedən komanda 2006-cı ildə Ukraynayla matçda eyni uğursuzluğu yaşamışdı. O zaman rəqibin dəqiqliyi qarşısında ardıcıl 3 zərbəni boşa verən isveçrəlilər mübarizəni dayandırmışdı.

Xatırladaq ki, Mərakeşə oyunsonrası penaltilərdə 0:3 hesabıyla yenilən İspaniya DÇ-2018-də də eyni aqibəti yaşamışdı. Rusiyadakı mundialda bu komanda 1/8 finalda meydan sahiblərinə penaltilərlə uduzmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər