DÇ-2022: Finalda hansı klubun daha çox oyunçusu olacaq? - Nə "Real"dır, nə də "Barsa"

DÇ-2022: Finalda hansı klubun daha çox oyunçusu olacaq? - Nə "Real"dır, nə də "Barsa"

DÇ-2022-nin finalında - Argentina və Fransa yığmaları arasında keçiriləcək qarşılaşmada ən çox futbolçu ilə təmsil olunacaq klubların adları bəllidir.

Fanat.Az-ın hesablamalarına görə, hərəsinin heyətində 26 oyunçu olan rəqiblərin sıralarında "Bayern Münhen" və "Atletiko Madrid"dən daha çox futbolçu var.

Sözügedən Almaniya və İspaniya komandalarının hərəsinin 4 oyunçusu həlledici qarşılaşmada iştirak şansına malikdir.

"Yuventus", "Real Madrid", "Sevilya" 3, "Mançester Yunayted", PSJ və "Barselona"nın finalda 2 futbolçusu olacaq. Daha 15 klubun isə 1 üzvü mundialın ən önəmli duelində sözünü deyə bilər.

Qeyd edək ki, final matçı dekabrın 18-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər