DÇ-2022: FİFA püşkatma şərtlərini açıqladı

DÇ-2022: FİFA püşkatma şərtlərini açıqladı

FİFA DÇ-2022-nin qrup mərhələsinin püşkatma şərtlərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimi aprelin 1-də Dohada baş tutacaq.

Bu mərhələyə vəsiqə qazanan 28 komanda dörd səbətə bölünəcək. Turnirə ev sahibliyi edən Qətər martın 31-i tarixinə olan FİFA reytinqində ən güclü 7 komanda ilə bir səbətdə yer alacaq. İkinci səbətdə reytinq cədvəlində 8-15-ci pillərdə olan komandalar, üçüncü səbətdə 16-23-cü yerləri tutan komandalar yer alacaq. Dördüncü səbətdə isə reytinqə görə qalan beş komanda ilə qitələrarası kvalifikasiyanı və Avropa seçməsini qazanmış iki komanda yer alacaq. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər