DÇ-2022-də rekord qeydə alındı - Tarixdə beləsi olmamışdı 

DÇ-2022-də rekord qeydə alındı - Tarixdə beləsi olmamışdı 

DÇ-2022-də rekord sayda qol vurulub. 

Fanat.Az xəbər verir ki, Qətərdəki DÇ-də ümumilikdə 172 qol qeydə alınıb ki, bu da mundiallar tarixinin ən yüksək göstəricisidir.

Bunadək hərəsində 171 qol vurulan DÇ-1998 və DÇ-2014 bu baxımdan ən məhsuldar turnirlər sayılırdı.

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina millisi Fransa ilə qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda tərəflər hərəyə 1 dəfə fərqləndiyi üçün oyunsonrası penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan cənubi amerikalılar (4:2) tarixinin 3-cü dünya çempionluğunu bayram edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər