Conatan Devid 1966-cı ildən bəri bunu bacaran ilk oyunçudur

Conatan Devid 1966-cı ildən bəri bunu bacaran ilk oyunçudur

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qətər seçməsini 6:0 hesabı ilə yenən  Kanada yığmasının hücumçusu Conatan Devid  dünya çempionatları tarixinə düşüb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, sözügedən forvard buna darmadağınla qalib gəldikləri görüşdə het-trik edərək nail olub.

O, 1966-cı ildən bəri mundialda ev sahibi olan ölkənin millisinin heyətində het-trik edən ilk oyunçu ünvanına yiyələnib.

Bu, dünya çempionatları tarixində 6-cı belə haldır. Devid həmçinin 1930-cu ildə het-triklə yadda qalmış amerikalı Bert Patenodan sonra dünya çempionatı matçında bunu bacaran ilk KONKAKAF futbolçusudur.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər