Brazilya millisinin Qətərə yollanacaq oyunçularının adı açıqlandı

Brazilya millisinin Qətərə yollanacaq oyunçularının adı açıqlandı

Futbol üzrə Braziliya seçməsi bu il Qətərdə keçiriləcək 2022-ci il Dünya Çempionatı üçün yekun heyətini açıqlayıb. Fanat.Az ölkənin Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Tite heyətə 26 futbolçu adı daxil edib. Qapıçılar: Alisson ("Liverpul"), Ederson ("Mançester Siti"), Veverton ("Palmeyras"). Müdafiəçilər: Tiaqo Silva ("Çelsi"), Markinyos (PSJ), Danilo ("Yuventus"), Aleks Telles ("Sevilya"), Aleks Sandro ("Yuventus") Eder Militao ("Real"), Bremer ("Yuventus"), Dani Alves ("UNAM Pumas"), Yarımmüdafiəçilər: Brunu Qimarayns ("Nyukasl"), Kazemiro ("Mançester Yunayted"), Lukas Paketa ("Lion"), Fabinyo ("Liverpul"), Fred ("Mançester Yunayted"), Everton Ribeyro ("Flamenqo") Hücumçular: Neymar (PSJ), Vinisius Junior ("Real Madrid"), Antoni ("Mançester Yunayted"), Rodriqo ("Real"), Rişarlison ("Tottenhem"), Rafinya ("Barselona"), Qabriel Martinelli ("Arsenal"), Pedro ("Flamenqo"), Qabriel Jezus ("Arsenal") Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. "Pentakampeonlar" Serbiya, İsveçrə və Kamerunla G qrupunda mübarizə aparacaq. Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər