Braziliya millisi 36 il idi ki, belə aqibətlə üzləşmirdi

Braziliya millisi 36 il idi ki, belə aqibətlə üzləşmirdi

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran Braziliya yığması 36 ildən sonra ilk dəfə turnirin 1/4 finalına yüksəlməyi bacarmayıb.

Fanat.Az xəbər verir ki, "pentakampionlar" son dəfə DÇ-1990-da eyni aqibətlə üzləşiblər. 

Həmin vaxt "sambaçılar" 1/8 finalda Argentinaya 0:1 hesabı ilə yenilmişdilər.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundial iyulun 19-da yekunlaşacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər