Bosniya və Herseqovina millimizə qarşı bu heyətlə mübarizə aparacaq

Bosniya və Herseqovina millimizə qarşı bu heyətlə mübarizə aparacaq

Futzal üzrə Bosniya və Herseqovina millisinin Azərbaycan yığmasına qarşı keçirəcəyi yoldaşlıq matçları üçün heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Qoran Melher toplanışa 18 futzalçı çağırıb:

Darko Milanoviç, Seyad İbrişimoviç, Samir Qosto, Edvin Bosniç (hamısı "Bubamara"), Davor Arnautoviç, Adnan Kalaydiç, Draqan Edi Mariç, Bilal Yeliç, Mario Aladziç, Amir Baruçij (hamısı "Mostar"), Yosip Sesar, Yosip Başkoviç, Senad Poraçanin (hamısı "Vrqoraç", Xorvatiya), Muanis Duvnyak, Faruk Brkaniç (hər ikisi "Sarayevo"), Deyan Pavloviç (Brod), Srcan İvankoviç ("Torpedo", Rusiya), Amer Deliç ("Sloqa Qornyi Vakuf"/"Uskoplye").

Bosniya və Herseqovina seçməsi noyabrın 2-də oyunların keçiriləcəyi Zenitsa şəhərində bir araya gələcək.

Qeyd edək ki, oyunlar noyabrın 4-ü və 5-də Zenitsa şəhərində yerləşən Huseyn Smayloviç adına arenada, yerli vaxtla saat 19:00-da start götürəcək. Azərbaycan millisi səfərə noyabrın 3-də çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər