“Borussiya” azarkeşlərindən UEFA-ya etiraz: “Sizi ancaq pul maraqlandırır”

“Borussiya” azarkeşlərindən UEFA-ya etiraz: “Sizi ancaq pul maraqlandırır”

"Borussiya Dortmund" azarkeşləri Çempionlar Liqasının "Nyukasl"la oyununda (2:0) etiraz aksiyası keçiriblər.

Fanat.Az xəbər verir ki, "Blacklina"nın "Telegram" səhifəsində alman azarkeşlərin açdığı banner təqdim olunub: “Siz idmanla maraqlanmırsınız. Sizi maraqlandıran tək şey puldur”. 

Tribunalardan meydançaya qızıl külçə maketləri də atılıb.

“Borussiya” azarkeşlərindən UEFA-ya etiraz: “Sizi ancaq pul maraqlandırır” Azarkeşlərin narazılığına səbəb Çempionlar Liqasının növbəti mövsümdən start götürəcək yeni formatıdır. Yeni qaydaya grə, qrup mərhələsinin əvəzinə İsveçrə sistemi olacaq və əsas mərhələdə iştirakçıların sayı 36-ya yüksələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər