Bonuççi məşhur ispaniyalının İtaliya millisinə baş məşqçi təyin olunmasını istəyir

Bonuççi məşhur ispaniyalının İtaliya millisinə baş məşqçi təyin olunmasını istəyir

"Yuventus"un və İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi yığmada radikal dəyişiklikləri qaçılmaz sayır.

Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, o, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın seçmənin "sükanı arxası"na gətirilməsini istəyir:

"Vacib olan İtaliya futbolunu yenidən qurmaqdır. Müdafiədən başlamaq lazımdır. Biz özümüzdə kişilik tapmalı, dünyadakı nüfuzumuzu geri qaytarmaq və yenidən böyük komanda ola bilmək üçün həqiqətin gözünə baxmalıyıq. Bizim çox istedadlı oyunçularımız var. Onlara forma şansı verilməli, inkişaflarına şərait yaradılmalıdır. Yeganə xilas yolu zamandır. Hərçənd biz radikal dəyişiklik istəyiriksə, belədə, Pep (Xosep Qvardiola - red.) uyğun adamdır. Bu, asan iş deyil, amma arzulamaq havayıdır".

Xatırladaq ki, İtaliya millisi ardıcıl 3 dünya çempionatından kənarda qalıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər