"Biz onları İtaliyasayağı yendik" - Blaqoya Milevski

"Biz onları İtaliyasayağı yendik" - Blaqoya Milevski

DÇ-2022-nin pley-off matçında İtaliyanı 1:0 hesabı ilə məğlub edərək mundialsız qoyan Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski duyğularını bölüşüb.

Fanat.Az xəbər verir ki, sözügedən mütəxəssis UEFA-nın rəsmi saytına danışıb:

"Biz onları İtaliyasayağı yendik. Qapıya cəmi iki zərbə vuraraq qələbə qazandıq. Çox sevincliyəm və futbolçularımla fəxr edirəm. Qolun müəllifi olan Traykovskiyə görə şadam! 

Biz məhz belə oynamağı planlaşdırmışdıq. Təbii, İtaliya böyük futbolçulardan qurulmuş komandadır. Ancaq biz lazımi səviyyədə mübarizə apardıq. Öz güclü tərəflərimizi bilirik. oyundan öncə uşaqlardan xahiş etdim ki, mübarizədən zövq almağa çalışsınlar və onlar bunu bacardılar!"

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər