Azərbaycanın 20 karateçisi Türkiyədə yarışacaq

Azərbaycanın 20 karateçisi Türkiyədə yarışacaq

Azərbaycan karateçiləri sentyabrın 23-də Türkiyənin Kocaeli şəhərində start götürəcək "Seriya A" turnirində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, üç gün davam edəcək yarışa ölkənin 20 idmançısı qatılacaq.

Kişilərdən Ramil Başxəliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Firdovsi Fərzəliyev, Hüseyn Məmmədli, Nuran Rzazadə (hamısı 67 kq), Tural Ələkbərli, Hümmət Baxşəliyev, Elçin Quliyev, Samir İbrahimov, Tale Yaqubov (hamısı 75 kq), Abbas Dadaşov, Hüseyn Hüseynzadə, Ayxan Mamayev (hamısı -84 kq), Namik Quliyev, Murad Hacızadə və Osman Osmanlı (hamısı +84 kq) tatamiyə çıxacaq.

Qadınlardan isə Fidan Teymurova (50 kq), Mədinə Sadıxova, Suada Kərimova (55 kq) və Renata Ərəbli (61 kq) qüvvəsini sınayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər