Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər açıqlandı

Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər açıqlandı

Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək.

Fanat.Az Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan mundial üçün 26 güləşçi sifariş edib. Onların arasında dünya çempionları Hacı Əliyev, Mariya Stadnik, Eldəniz Əzizli və Rafiq Hüseynov da var.

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Hacımurad Ömərov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Aydın Əhmədov (125 kq).

Qadın güləşi: Mariya Stadnik (50 kq), Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq).

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) , Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Sabah Şəriəti (130 kq).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər