Azərbaycan yığması 11 aydan sonra məşqlərə başladı

Azərbaycan yığması 11 aydan sonra məşqlərə başladı
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün hazırlıq prosesinə start verib.
Federasiyanın Mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, məşq Bakı İdman Sarayında gerçəkləşir.
Joze Alesio Da Silvanın baş məşqçilik etdiyi komanda 11 aydan sonra məşqləri bərpa edib.
Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər