Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan Kubokunun 2024-2025 mövsümünün püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, 1/8 final mərhələsində Yüklsək Liqanın 6, Birinci Liqanın 12 komandasının mübarizə aparacaq. 

Yarışda qalib komanda bir oyunda müəyyənləşəcək. Əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə görüşü davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq. 

Bu mərhələnin oyunları yanvarın 11-də və 12-də keçiriləcək.

Azərbaycan Kuboku 1/8 final

Yasamal Bakı – Baku Fire PFL – Baku Fire-2 Metropoliten – U-19 Neftçi İK – Yeni Suraxanı STAR kargo – Çarşı Bakı Dəstə Ordubad – Şuşa Timsport – Xan-Lənkəran Araz-Naxçıvan – Djevo Dəyirman

1/4 final

1. Yasamal Bakı – Baku Fire // Araz-Naxçıvan – Djevo Dəyirman 2. PFL – Baku Fire-2 // Timsport – Xan-Lənkəran 3. Metropoliten – U-19 // Dəstə Ordubad – Şuşa 4. Neftçi İK – Yeni Suraxanı // STAR kargo – Çarşı Bakı

1/2 final

1 - 4 2 - 3

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər