Azərbaycan karateçilərindən Türkiyədə üç medal

Azərbaycan karateçilərindən Türkiyədə üç medal

Azərbaycan karateçiləri Türkiyənin Kocaeli şəhərində keçirilən Karate1 Seriya A turnirini 3 medalla başa vurublar.

Fanat.Az xəbər verir ki, qadınların 50 kiloqram çəki dərəcəsində yer alan Fidan Teymurova ardıcıl olaraq Belçika, Misir, Türkiyə və İran və Əlcəzirdən olan rəqilərinə qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda həlledici görüşdə Xorvtiya təmsilçisini yenən idmançımız yarışın baş mükafatına sahib çıxıb.

Mədinə Sadiqova (55 kq) ilə Nuran Rzazadə (67 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Seriya A turnirində 75 ölkədən ümumilikdə 1078 idmançı mübarizə aparıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər