Azərbaycan güləşçilərindən Türkiyədə daha 4 medal

Azərbaycan güləşçilərindən Türkiyədə daha 4 medal

Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

Fanat.Az xəbər verir ki, ənənəvi yarışın üçüncü günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıblar.

Qadın güləşindı Birgül Soltanova (62 kq), sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləşdə 65 kq-da Zirəddin Bayramovla Rəşid Babazadə üçüncü yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər