Azərbaycan güləşçilərindən Antalyada ilk günü 4 medalla başa vurdular

Azərbaycan güləşçilərindən Antalyada ilk günü 4 medalla başa vurdular

Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında "Çempionlar" turnirinə start verilib.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə 4️ güləşçimiz fəxri kürsüyə qalxıb.

Qadın güləşində Ruzanna Məmmədova (55 kq), sərbəst güləşdə isə Ruslan Abdullayev (57 kq) gümüş medal qazanıb.

Digər sərbəst güləşçilərimizdən Cavidan Əhmədovla (70 kq) Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, ənənəvi turnir mayın 2-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər