Azərbaycan güləşçiləri xatirə turnirində daha 3 medal qazandılar

Azərbaycan güləşçiləri xatirə turnirində daha 3 medal qazandılar

Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

Fanat.Az xəbər verir ki, ənənəvi yarışın dördüncü günündə güləşçilərimiz 3 bürünc medal qazanıblar.

Sərbəst güləşdə 79 kq-da Orxan Abasovla Əşrəf Aşırov, qadın güləşində isə Nigar Mirzəzadə (65 kq) üçüncü yeri tutub.

Azərbaycan güləşçiləri əvvəlki günlərdə daha 7 medal qazanmışdılar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər