Azərbaycan dünya çempionatında ilk "qızıl"ı qazandı

Azərbaycan dünya çempionatında ilk "qızıl"ı qazandı

Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə gənclərin dünya çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, bu uğura 67 kiloqram çəki dərəcəsində yarışan yunan-Roma güləşçimiz Həsrət Cəfərov imza atıb. İdmançımız finalda ermənistanlı Sahak Hovannisyanı 7:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Digər "klassik"imiz Nihat Məmmədli (60 kq) yarışı üçüncü pillədə tamamlayıb. Təmsilçimiz "bürünc" uğrunda həlledici  qarşılaşmada özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 yenib.

Bürünc medal görüşünə çıxan digər güləşçimiz Xasay Həsənli (72 kq) isə ermənistanlı Şant Xaçatryana 1:9 uduzaraq beşinci yeri tutub.

Beləliklə, yunan-Roma üsulu ilə güləşənlərimiz dünya çempionatını bir qızıl, bir gümüş, iki bürünc medalla başa vurub.

Xatırladaq ki, sərbəst güləşçilərimizin yarışdan qazancı 3 gümüş, 2 bürünc, qızlardan ibarət millimizin nəticəsi isə 2 bürünc mükafat olub.

Dünya çempionatına bu gün yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər