Azərbaycan çempionu Kanada millisində çalışacaq

Azərbaycan çempionu Kanada millisində çalışacaq

Azərbaycanlı tanınmış futzal mütəxəssisi Elnur Qəmbərov Kanadada yeni təyinat alıb. 

Fanat.Az-ın məlumatına görə, "Xəzər adaları"nın baş məşqçisi kimi Azərbaycan çempionu olan, bir neçə ildi Kanadada yaşayan gənc mütəxəssis bu ölkənin Futzal Federasiyasında işə başlayıb. 

Bu haqda Kanada Futzal Federasiyası açıqlama yayıb. Qəmbərov bu ölkənin milli komandasının məşqçilər korpusunda yer alıb. 

Azərbaycan çempionu Kanada millisində çalışacaq  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər