Avropa çempionatının vaxtı dəyişdi

Avropa çempionatının vaxtı dəyişdi

Karate üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.

Fanat.Az xəbər verir ki, bu barədə Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin videokonfrans yığıncağında qərar verilib.

Toplantıda 2022-ci ilin təqvim planına dəyişikliklər etməklə yarışların tarixləri təsdiqlənib. EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə onlayn iclasın gündəliyində duran əsas məsələ Türkiyənin Qaziantep şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının vaxtı olub. Qərar alınıb ki, yarış 25-29 may tarixində keçirilsin. Müzakirəyə çıxarılan məsələ ilə bağlı EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov da fikirlərini söyləyib. 

Bundan başqa, İcraiyyə Komitəsinin üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. EKF-in 2022-ci il yarış təqvim planına daxil edilən 20 müxtəlif səviyyəli turnir arasında uşaqlar arasında Olimpiya ümidləri beynəlxalq turniri də var. 8-12 yaşlı uşaqların iştirakı ilə 27-28 avqusta nəzərdə tutulan beynəlxalq turnir ilk dəfədir ki, EKF-in rəsmi təqviminə salınır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər