Avropa çempionatında tarixi nəticə

Avropa çempionatında tarixi nəticə

Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında tarix yazılıb.

Fanat.Az Azərbaycan Kikboksinq Federasiyasına istinadən xəbər verir ki, ötən ay İtaliyada keçirilmiş gənclər arasında dünya çempionu olmuş Elvin Məmmədov (54 kq) "Low kick" versiyasında böyüklər arasında Avropanın da ən güclüsü olub.

O, 16 yaşında böyüklər arasında Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb.

Ötən il dünya çempionu olmuş Anar Məmmədov (57 kq) isə finalda Boban Nikoliçə (Serbiya) uduzaraq gümüş medalla kifayətlənib. Hər iki idmançı Əməkdar məşqçi, tanınmış kikboksçumuz Eduard Məmmədovun tələbələridir.

Avropa çempionatının son günündə “Low kick” versiyasında Nihad Tağızadə (51 kq), Amin Quliyev (60 kq), “Full contact”da Amil Məmmədov (51 kq), Məhəmməd İmanov (57 kq) və K1-də Elvin Qasımov (51 kq) final görüşləri keçirəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər