Avropa çempionatında 4 qızıl, 4 bürünc medal şansı

Avropa çempionatında 4 qızıl, 4 bürünc medal şansı

Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edən milli komandamız yarışın son günündə - fevralın 5-də 4 qızıl və 4 bürünc medal uğrunda mübarizə aparacaq.

Azərbaycan Milli Karate Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 14-15 yaşlı yeniyetmələrdən Gülay Orucova (54 kq), 16-17 yaşlı gənclər arasında Fərid Savadov (55 kq) və Aysu Əliyeva (59 kq), 21 yaşadək gənclərin yarışında isə Əminağa Quliyev (60 kq) final görüşünə çıxacaq. 14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov (kata), Fatima Məmmədova (47 kq) və Rahib Əzim (70 kq), eləcə də 21 yaşadək gənclərin yarışında Hüseyn Məmmədli (67 kq) isə bürünc medal görüşlərində iştirak edəcək.

Xatırladaq ki, çempionat fevralın 3-də start götürüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər