Avropa çempionatı: Eldəniz Əzizli "gümüş"lı kifayətləndi

Avropa çempionatı: Eldəniz Əzizli "gümüş"lı kifayətləndi

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, o, yarışın finalında rusiyalı Emin Seferşayevə uduzub.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə Avropa çempionatında qızıl mükafat qazanıb.  Bu gün Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər