Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

Dünya futbolunun gündəmi bu dəfə meydandan kənarda baş verən böyük bir skandalla sarsılıb.

Fanat.Az xəbər verir ki, ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) son dünya çempionlarının rəhbərliyinə qarşı rəsmi hərəkətə keçib. İddialar kifayət qədər ciddi və hüquqi xarakter daşıyır.

Argentinanın nüfuzlu "La Nacion" nəşrinin yaydığı məlumata görə, FBI Argentina Futbol Assosiasiyasının (AFA) ABŞ-dakı maliyyə fəaliyyəti ilə bağlı genişmiqyaslı təhqiqata başlayıb. Ali futbol qurumu dələduzluq (maliyyə fırıldaqçılığı) və çirkli pulların yuyulmasında ittiham olunur.

Hesabatlara əsasən, hüquq-mühafizə orqanlarının başlatdığı bu xüsusi əməliyyat və araşdırma birbaşa olaraq AFA-nın ABŞ ərazisində həyata keçirdiyi əməliyyatlara, o cümlədən şübhəli bank köçürmələrinə və maliyyə hərəkətliliyinə yönəlib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər