Argentina - Kabo Verde görüşündə Messi fərqləndirildi

Argentina - Kabo Verde görüşündə Messi fərqləndirildi

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində keçirilən Argentina - Kabo Verde matçının (3:2) ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Cənubi Amerika təmsilçisinin 39 yaşlı superulduzu Lionel Messi fərqləndirilib.

29-cu dəqiqədə hesabı açan Leo komanda yoldaşı Kristian Romeronun vurduğu qələbə qolunda da məhsuldar ötürmə ilə pay sahibi olub.

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər