Argentina - Braziliya oyununun hakimləri hakimlikdən uzaqlaşdırıldı

Argentina - Braziliya oyununun hakimləri hakimlikdən uzaqlaşdırıldı

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Argentina - Braziliya oyununun (0:0) hakimlərini qeyri-müəyyən müddətə diskvalifikasiya edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

Buna səbəb görüşün baş hakimi Andres Kunyanın argentinalı Nikolas Otamendinin dirsəyi ilə Rafinyanın üzünə vurduğu epizodda onu cəzalandırmaması, eləcə də VAR hakimi Esteban Ostoxiçin yanlış qərarı dəstəkləməsi olub.

Qeyd edək ki, 13 oyuna 35 xal toplayan Braziliya seçmə mərhələdə qrup lideridir. "Sambaçılar" mundiala vəsiqəni vaxtından əvvəl təmin ediblərsə, 29 xalı olan Argentina ikinci yerdədir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər