"Araz" ÇL-ə darmadağınla başladı

"Araz" ÇL-ə darmadağınla başladı

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparan “Araz” bu gün turnirdə ilk oyununu keçirib. 

Fanat.Az-ın məlumatına görə, təmsilçimiz ilk matçda Cəbəllütariq çempionu "Europa" ilə qarşılaşıb. Naxçıvan klubu açılış matçında böyük hesabla qalib gəlib - 9:2.

Qeyd edək ki, F qrupunda mübarizə aparan "Araz" sabah ikinci oyunda Finlandiya çempionu "Kampuksen Dinamo"ya qarşı keçirəcək. Oyun saat 15:00-da başlayacaq. 

Çempionlar Liqası İlkin mərhələ 21 avqust “Araz” (Azərbaycan) – “Europa” (Cəbəllütariq) 9:2

Qollar: D.Gallega, 5-öz qapısına (1:0). E.Rodriges, 6 (2:0). Ə.Şocayi, 9 (3:0). X.Bağırov, 11 (4:0). P.Qonsalves, 21 (5:0). İ.Atayev, 28 (6:0). E.Rodriges, 30 (7:0). J.Diaz, 34 (7:1). J.Diaz, 35 (7:2). P.Qonsalves, 39 (8:2). E.Rodriges, 40 (9:2). 

"Araz": 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 13. Əmir Şocayi; 1. Emin Kürdov, 9. Emanuel Rodriges, 10. İsa Atayev, 14. Murilo Borges, 15. Hadi Əhmədi, 17. Pereyra Qonsalves, 20. Tofiq Mikayılov. 

Baş məşqçi: Joze Alesio Da Silva. 

"Europa": 1. Mark Moxham, 9. Diaz Gallega, 10. Conatan Rodriges (k), 11. Joel Fraila, 15. Jamie Fortuna; 13. Nathan Manasko, 2. Jorje Diaz, 3. Dexter Panzaveciya, 5. Aşley Rodrigez, 6. Jaydan Parodi, 7. Fernandez Heredia, 16. Souza Torres, 17. Fernandez Bravo, 18. Duran Guillen. 

Baş məşqçi: Kennet Neale. 

Hakimlər: Dario Pezzuto (İtaliya), Drazen Vukçeviç (Monteneqro), Panagiotis Ntalas (Yunanıstan) Latviya. Salaspils İdman Kompleksi. Saat 15:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər