“Araz” ÇL mövsümünə Latviyada start verəcək

“Araz” ÇL mövsümünə Latviyada start verəcək
Futzal üzrə Azərbaycan çempionu "Araz”ın UEFA Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib.
 
Fanat.az xəbər verir ki, Naxçıvan klubu 2021/2022 mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq.
 
Təmsilçimiz "Kampuksen Dinamo” (Finlandiya), "Raba” (Latviya) və "Europa” (Cəbəllütariq) klubları ilə birgə F qrupunda yer alıb. Joze Alesionun başçılıq etdiyi komanda oyunlarını avqustun 20-25-i aralığında keçirəcək. Qrupa Latviya təmsilçisi ev sahibliyi edəcək.
Qeyd edək ki, reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və 2-ci yeri tutan iştirakçılardan ən yaxşı göstəriciyə malik biri əsas mərhələyə vəsiqə qazanacaq. 
 
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər