Fransa millisinin və "Fənərbağça"nın sabiq hücumçusu Nikola Anelka Kilian Mbappeyə PSJ-dən ayrılmağı tövsiyyə edib.
Fanat.Az xəbər verir ki, bu barədə 42 yaşlı futbolçu "The Athletic"ə müsahibəsində danışıb.
Anelkanın fikrincə, Mbappe "ən yaxşı" olmaq istəyirsə, Fransa çempionatını tərk etməlidir:
"Qızıl top"u qazanmaq, Lionel Messi və Kriştianu Ronaldunun izindən getmək istəyirsənsə, ən yaxşılarla mübarizə aparmalısan. Ən yaxşılar isə İngiltərə və İspaniyadadır. Ona görə də PSJ-dən ayrılmalısan. Böyük kuboklar qazanmaq istəyirsənsə, bir nöqtədən sonra PSJ-dən getmək məcburiyyətindəsən. Parisdə nə qədər yaşlı işlər görsən də, insanlar "Yaxşıdır. PSJ üçün yaxşı işlər gördün, amma sadəcə Fransada. Ən yaxşı yaxşı oyunçularla ən yaxşı liqalarda - İngiltərə və İspaniyada mübarizə aparmadın deyəcəklər.
PSJ-də ən yaxşılarla mübarizə apardığını deyə bilməzsən. Fransa Liqası asan deyil. Məni yalnış anlama. Amma mənə görə ən çətini İngiltərə Premyer Liqasıdır. Ən yaxşısını etmək istəyirsənsə, "Çelsi", "Mançester Yunayted", "Arsenal", "Mançester Siti", "Liverpul" və ya İspaniyada "Real Madrid" və "Barselona"ya get. Ancaq o zamandan sonra qlobal təsirdən danışa bilərik".
Aygün