Almaniya millisi DÇ-yə vəsiqə qazanan ilk komanda oldu

Almaniya millisi DÇ-yə vəsiqə qazanan ilk komanda oldu

Almaniya millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

Fanat.Az xəbər verir ki, seçmə mərhələnin 8-ci turunda səfərdə Şimali Makedoniyanı 4:0 hesabı ilə darmadağın edən Hans-Diter Flikin yetirmələri J qrupundakı digər millilər üçün əlçatmaza çevrilib.

Seçmə mərhələnin sonuna  2 tur qalmış xal hesabını 21-ə çatdıran və ən yaxın izləyicisi Rumıniyanı 8 xal qabaqlayan "bundestim" işinin öhdəsindən vaxtından əvvəl gəlib.

Qeyd edək ki, dünya çempionatı gələn il, 21 noyabr - 12 dekabr aralığında keçiriləcək. Təşkilatçı ölkənin - Qətərin də mundualda iştirak hüququ var.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər