AÇ: Daha bir medal şansı

AÇ: Daha bir medal şansı

Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

Fanat.Az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov təsəlliverici qarşılaşmada İvars Samusonoksla (Latviya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Abakarov üçüncü yer uğrunda dueldə Boris Makoyevə (Slovakiya) rəqib olub.

74 kq-da yer alan Cəbrayıl Qadjiyev eyni mərhələdə Soner Demirtaşa (Türkiyə) yenilib.

Bu gün, həmçinin, digər sərbəst güləşçilərdən 92 kq-da Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə), 125 kq-da Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonla (İtaliya) görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib. Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər