ACF-nin təşkilatçılığı ilə I səviyyə məşqçi sertifikatlaşdırma kursları keçiriləcək

ACF-nin təşkilatçılığı ilə I səviyyə məşqçi sertifikatlaşdırma kursları keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə iyunda I səviyyə məşqçi sertifikatlaşdırma kursları keçiriləcək.

Fanat.Az xəbər verir ki, məlumatı ACF-nın mətbuat xidməti yayıb.

Kurs nəzəri və praktiki hissələrdən ibarət olacaq. "IJF Academy"yə müraciət etmək istəyənlərin mütləq şəkildə kursdan keçməli olduqları bildirilib.

Azərbaycan Cüdo Federasiyasındakı tədbirin nəzəri hissəsi iyunun 1-6-sı, praktiki hissəsi isə 22-26-sı aralığında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər