ABŞ yığmasına 2 qol vurdu, oyunun ən yaxşısı oldu

ABŞ yığmasına 2 qol vurdu, oyunun ən yaxşısı oldu

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilən ABŞ - Belçika matçının (1:4) ən yaxşı oyunçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, Avropa təmsilçisinin hücumçusu Şarl de Ketelare fərqləndirilib.

O, darmadağınla qazandıqları qələbədə 2 qolla pay sahibi olub. Şarl matçın 9 və 33-cü dəqiqələrində adını tabloya yazdırıb.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundial iyulun 19-da yekunlaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər