AÇ: Nəzrin medalını "tuş"la qazandı

AÇ: Nəzrin medalını "tuş"la qazandı

Azərbaycanın qadın güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, beşinci yarış günündə Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı “tuş”la yenib.

Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovayla üz-üzə gəlib. 8:1 hesablı qələbə qazanan Nəzrin növbəti dəfə Avropa üçüncüsü olub.

Qeyd edək ki, bununla da Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər