AÇ: Medalçıları Azərbaycanın səfiri və federasiya rəsmisi mükafatlandırdı 

AÇ: Medalçıları Azərbaycanın səfiri və federasiya rəsmisi mükafatlandırdı 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 55 kq çəki dərəcəsində fərqlənənlərin mükafatlandırma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, medalları Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev təqdim edib.

Bu çəkidə Emre Mutlu (Türkiyə) və Rudik Mkrtçyan (Ermənistan) bürünc, Nuqzari Tsurtsumia (Gürcüstan) gümüş, Eldəniz Əzizli (Azərbaycan) qızıl medal qazanıb. T.Tağızadə və N.Əliyev onların hər birinə medallar və qiymətli hədiyyələr təqdim edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər