AÇ: Həsrət Cəfərov və Qurban Qurbanov finalda

AÇ: Həsrət Cəfərov və Qurban Qurbanov finalda

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.

Fanat.Az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.

Digər güləşçi Nihat Məmmədli (60 kq) bürünc, Həsrət Cəfərov (67 kq) isə qızıl medal uğrunda mübarizə aparacaq.

Medal görüşləri sabah baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər