Dünən doğum günü olan “Araz-Naxçıvan” və Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə açıqlama verib. Fanat.Az xəbər verir ki, 42 yaşlı futzalçı karyerası, UEFA Çempionlar Liqasında şərikli rekordu və sair məqamlarla bağlı maraqlı məqamlardan danışıb. * UEFA Çempionlar Liqasında debüt oyunum 2003-cü ildə olub. Həmin vaxt yarış UEFA kuboku adlanırdı. AMMK-nın heyətində Latviyada “Oma” ilə matça çıxdım. Əlbəttə, ilk dəfə iştirak etdiyim turnirin həyəcanı var idi. Buna baxmayaraq, hesab yadımda qalmasa da, məğlub olmamışdıq (oyun 3:3 hesabı ilə yekunlaşıb). Qismətdən, rekordu təkrarlamağım da Latviya çempionu ilə dueldə baş tutdu. * 69 oyunun hər biri maraqlıdır. Xüsusi fərqləndirməyə qalsa, 2010-cu ildə UEFA kubokunun “Dördlər finalı”nda “Araz-Naxçıvan”ın heyətində bürünc medal uğrunda oyuna çıxdıq. İtaliya çempionu “Luparense” ilə matç heç-heçə başa çatsa da, penaltilər seriyasında biz dəqiq oynadıq və klub səviyyəsində ilk medalımızı qazandıq. Buna qədər keçirilmiş oyunlarda da qollar vurmuşdum. Ancaq həmin qarşılaşmada sonuncu penaltini dəqiq yerinə yetirməklə komandamıza qələbə qazandırmağın sevinci bir başqadır. * “Barselona” ilə ilk oyunumuzu da yaddan çıxarda bilmərəm. Hər zaman böyük futbolda bu komandanın adı gələndə həyəcanlanırdıq. Bu dəfə futzalda "Barselona" rəqibimiz oldu. Məncə, klub səviyyəsində ilk sürprizim bu komandaya qarşı oynamaq oldu. Özüm də böyük futbolda “Barselona”ya simpatiya bəsləyirəm. Təsəvvür edin, belə məqamda həmin klubun futzal komandası ilə rəqib olursan. * “Raba” ilə görüşdən əvvəl neçə matç keçirdiyimi bilmirdim. Yalnız oyun başa çatdıqdan sonra UEFA-nın göstəricisini öyrəndim. Əlbəttə, sevindirici məqamdır. Ancaq komandamın uğuru daha önəmlidir. İstərdim ki, əsas mərhələdə də komandama kömək edim. Allah zədədən uzaq eləsin. Bu götəricini daha da yaxşılaşdırmaq arzumdur. * Rekordunu təkrarladığım Lusio Belçika millisinin üzvü idi. Braziliya əsilli futzalçıya qarşı oynamışam. Bu görüş 2006-cı ildə baş tutub. Oyun rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatmışdı. Onda mən “Araz-Naxçıvan”da çıxış edirdim. Elit-raundun matçı idi. Səhv etmirəmsə, Lusio artıq karyerasını başa vurub. Oktyabrda bu göstəricidə rekordçu olmaq istəyirəm.
Rizvan Fərzəliyev: "Barselona” ilə ilk oyunumuzu yaddan çıxarda bilmərəm"
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Oxşar xəbərlər
Futzal
22:09
02.10.2026
Azərbaycan millisinin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşdi
Futzal
10:30
22.09.2026
AFFA futzal üzrə seleksiya məşqləri təşkil edəcək
Futzal
18:03
16.09.2026
Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ
Futzal
17:03
16.09.2026
"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı