1974-cü ildən bəri Türkiyə kimi uduzan olmamışdı

1974-cü ildən bəri Türkiyə kimi uduzan olmamışdı

Futbol üzrə dünya çempionatında keçirdiyi ilk oyunda Avstraliya seçməsinə 0:2 hesabı ilə uduzan Türkiyə millisi maraqlı statistika ilə diqqət çəkib.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Vinçentso Montellanın çalışdlrdığı kollektiv 21-ci əsrdə keçirilən mundiallarda rəqib qapısına 30-dan çox zərbə endirdiyi halda, məğlubiyyətlə üzləşən ilk yığma olub.

Daha öncə DÇ-1974-də oxşar nəticə qeydə alınıb. Həmin vaxt Uruqvaya 0:3 hesabı ilə yenilən İsveçrə 30-dan çox qol cəhdini boşa verib.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparır.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər