Zubir Mahir Emrelini geridə qoydu

Zubir Mahir Emrelini geridə qoydu

Misli Premyer Liqasının 8-ci turu Abdullah Zubir üçün əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub. O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib (PFL).

Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.

1. Nazim Əliyev – 183

2. Müşfiq Hüseynov – 125

3. Rövşən Əhmədov – 116

4-5. Qurban Qurbanov – 115

Samir Ələkbərov – 115

6. Alay Bəhramov – 108

7. Nadir Nəbiyev – 103

8-9. Xaqani Məmmədov – 102

Vadim Vasilyev – 102

10. Kənan Kərimov – 101

11. Musa Qurbanov – 94

12. Fazil Pərvərov – 89

13. Samir Musayev – 88

14-15. Fərrux İsmayılov – 85

İmamyar Süleymanov – 85

16. Samir Əliyev – 84

17. İsmayıl Məmmədov – 76

18. İlham Məmmədov – 74

19. Azər İsayev – 73

20. Paşa Əliyev – 72

21. Badri Kvaratsxeliya – 71

22. Zaur Ramazanov – 70

23. Filip Ozobiç – 67

24. Yunis Hüseynov – 66

25-26. Vidadi Rzayev – 65

Mahir Əliyev – 65

27. Rauf Əliyev – 63

28-30. Mahmud Qurbanov – 61

Ramiz Məmmədov – 61

Georgi Adamiya – 61

31. Mahir Emreli – 59

32. Rəşad Abdullayev – 58

33. Davit Volkov – 56

34. Vaqif Cavadov – 53

35. Amil Yunanov – 52

36-37. Riçard Almeyda – 51

Həsən Abdullayev – 51

38-42. Viktor İqbekoyi – 50

Vüqar Qəmbərov – 50

Mehman Baxışov – 50

Yalçın Bağırov – 50

Abdullah Zubir – 50

Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər