Dizindən ağır zədə alan Zlatan İbrahimoviçlə bağlı şok xəbər yayılıb. Fanat.Az xəbər verir ki, isveçli ulduzun "Mançester Yunayted" karyerasının bitdiyi iddia olunub.
Bu barədə "Daily Mirror" məlumat yayıb. Qəzet iddia edir ki, artıq İbrahimoviç özü də "Mançester Yunayted" karyerasının bitdiyini qəbul edib və klub axtarışındadı.
Qeyd edək ki, "Mançester Yunayted"də 46 oyun keçirib və 28 qol vurub. O, indiyədək İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter", "Milan", İspaniyanın "Barselona" və Fransanın PSJ klublarında oynayıb.
Fanat.Az