Zlatan İbrahimoviç: "Qvardiola adam deyil"

Zlatan İbrahimoviç: "Qvardiola adam deyil"
Zlatan İbrahimoviç Almaniyanın "Spiegel" dərgisinə maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, PSJ-nin isveçli ulduzu "Bavariya"nın baş məşqçisi Pep Qvardiolanı hədəfə alıb.
"Barselona"da rəhbərliyi altında oynadığı baş məşqçini tez-tez Joze Mourinyo ilə müqayisə edən İbrahimoviç bu dəfə onu qorxaq adlandırıb: "Qvardiola məni Messiyə qurban verdi. Üstəlik, bunu üzümə deyəcək ürəkdə adam olmadığı bəllidi. Qorxağın biridi və adam deyil. Onun oyun sistemi mənim səviyyəmdə futbolçulara uyğun gəlmir".
İsveçli ulduz özünü "Ferrari" avtomobili ilə müqayisə edib: "Məni transfer edən demək ki, "Ferrari" alıb. "Ferrari" alan isə super benzin yükləyib trasa çıxar. Qvardiola isə "Ferrari"ni dizellə yaşıllıqda sürmək istədi. Buna görə də o, "Fiat" almalıdı".
 
Qvardiolanı tənqid edən İbrahimoviç Mourinyonu tərifləyib: "Mourinyo üçün canımdan keçərəm. O, inanılmaz insandı. Mourinyo ilə işləmək insana zövq verir". 
Hollandiya, İtaliya, İspaniya və Fransada çempion olan İbrahimoviç "Almaniyada da oynayacaqsan" sualına belə cavab verib: "Mənim səviyyəmdə oyunçular üçün Almaniyadakı ünvan "Bavariya"dı. Amma orda oynamağım üçün əvvəlcə Qvardiola getməlidi".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər