Zlatan İbrahimoviç burnunu Türkiyədə düzəldirəcək

Zlatan İbrahimoviç burnunu Türkiyədə düzəldirəcək

Zlatan İbrahimoviç Türkiyəyə gələcək. Fanat.az sporcope.com-a istinadən xəbər verir ki, isveçli ulduzu İstanbulda burnunu estetik əməliyyat etdirəcək.

İbrahimoviçin əməliyyatını məşhurların estetik əməliyyatını etmiş Ayşe Yıldız həyata keçirəcək. 

Futbol sahəsində bir çox məşhur şəxsə estetik əməliyyat etdiyini bildirən Ayşe Yıldız xüsusən Erkan Zenginin əməliyyatını İbrahimoviçin çox bəyəndiyini deyib. Həkim bildirib ki, isveçli futbolçu bu səbəbdən əməliyyatın məhz onun tərəfindən aparılmasını istəyir: "Erkan Zengini yeni əməliyyat etdik. İbrahimoviç onun burnunu bəyənib. Ona görə də bizim yanımıza gələcək".

Qeyd edək ki, Ayşe Yıldız bu günədək Alper Potuk, Veysel Sarı, Volkan Demirel, Emre Çolak, Ahmet İlhan Özek, Hasan Şaş kimi futbolçuları estetik əməliyyat edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər