Zirkze İtaliyaya qayıdır?

Zirkze İtaliyaya qayıdır?

İtaliyanın "Fiorentina" klubu "Mançester Yunayted"in hücumçusu Joşua Zirkzeni heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az insayder Matteo Morettoya istinadən xəbər verir ki, "bənövşəyilər" niderlandlı forvardı icarəyə götürmək üçün "qırmızı şeytanlar"a 5 milyon avroluq rəsmi təklif göndərib.

Zirkzenin İtaliya A Seriyasına geri dönməyə kifayət qədər müsbət yanaşdığı bildirilir.

Mançester təmsilçisinin bu təklifə verəcəyi cavab gənc hücumçunun gələcək taleyini həll edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər