Zinəddin Zidan "Real"dan gedir - SƏBƏB

Zinəddin Zidan "Real"dan gedir - SƏBƏB
"Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda postunu tərk edəcək.
 
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Gol” yayıb.
 
Zidanın klub rəhbərliyi transfer vədlərini yerinə yetirmədiyi üçün Madrid təmsilçisindən ayrılacağı bildirilir.
 
"Real” rəsmiləri mövsümün əvvəlində Zidana Pol Poqba, Sadio Mane və Eduardo Kamavinqanın transfer ediləcəyini desələr də, bu keçidlər baş tutmayıb. Mənbəyə inansaq, Əlcəzair əsilli fransalı "Real”la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verəcək.
 
Qeyd edək ki, Zidan 2019-cu ilin martından indiki postundadır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər