Zinçenko "Arsenal"ı digər Avropa nəhənginə dəyişə bilər

Zinçenko "Arsenal"ı digər Avropa nəhənginə dəyişə bilər

"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko cari mövsümün sonunda iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "FootballTransfers" yayıb.

Xəbərə görə, ukraynalı futbolçunun xidmətində "Bayern Münhen" və "Nyukasl" maraqlıdır. Mənbə "Bayern"in Zinçenkonu bu ilin yayında komandadan gedəcəyi gözlənilən Alfonso Devisin əvəzinə heyətə qatmaq istədiyini vurğulayıb. "Topçular"ın 27 yaşlı Aleksandrı 45 milyon avroya satmağa hazır olduqları bildirilib.

Xatırladaq ki, 2023/2024 mövsümündə London təmsilçisinin forması ilə bütün turnirlərdə 27 matça çıxan Zinçenko 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Arsenal"ın baş məşqçisi Mikel Arteta əsas heyətdəki yerini itirən arxa xətt oyunçusuna son dəfə fevralın 4-də forma şansı verib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər