Özil "Real"ın prezidentini şərəfsiz adlandırdı

Özil "Real"ın prezidentini şərəfsiz adlandırdı
Mesut Özilin atası Mustafa Özil "Real"ın prezidenti Florentino Peresə cavab verib. Fanat.az xəbər verir ki, futbolçunun atası klub rəhbərini sərt şəkildə tənqid və təhqir edib.
Ata Özil Peresi şərəfsiz adlandırıb: "Peres şərəfi olmayan insandı. Həqiqətən Mesut qeyri-peşəkar idisə, "Real"da bu qədər uzun müddət necə oynayıb? Niyə Mourinyo onu həmişə oynadırdı?" 
Oğlunun öz qərarlarını verəcək yaşda olduğunu bildirən Mustafa Özil "Mesutun "Real"dan ayrılmasına görə məni "günahkar keçi" elan etdilər" deyib.
Qeyd edək ki, Peres Mesutun peşəkar futbolçu olmadığını, qadın düşkünü olduğunu, gecələri barlarda keçirdiyini bildirmiş, atasının onun maaşını artırmağı tələb etdiyini demişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər